11 May, 2012
Bəhreynlilər qatillərin cəzalandırılmasını və monarxiyanın devrilməsini tələb edirlər

Minlərlə bəhreynli Sitrə adasında yerləşən Qariyə məntəqəsində küçələrə çıxaraq son olaylar zamanı qətlə yetirilən dinc sakinlərin qatillərinin cəzalandırlmasını tələb ediblər. Onlar həmçinin Xəlifə sülaləsinin devrilməsinə də çağırış səsləndiriblər. ABNA-nın rus dilli saytına əsasən, hadisə dünən baş verib.

 

Aksiya iştirakçıları Bəhreyn polisi və onlara yardım edən Səudiyyə ordusuna xəbərdartlıq ediblər ki, nümayişçi xanımların ehtiramını qorusunlar. Sitrə şəhərində də siyasi məhbuslardan birinin evi qarşısında aksiya keçirilib. Etirazçılar onun azadlığa buraxılmasını tələb ediblər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1099.html