29 Mart, 2021
Kərbəla, Nəcəf və Məşhəddə On ikinci imamın mövludu ilə bağlı mərasimlər keçirilib (VİDEO)

Şaban ayının 15-i On ikinci imamın mübarək mövludu ilə bağlı bir sıra müqəddəs ziyarətgahlarda müxtəlif mərasimlər və tədbirlər keçirilib.

Ahlibeyt.az Salamnews-a istinadən xəbər verir ki, ötən gün axşam Kərbəlada İmam Hüseynin(ə) mübarək məqbərəsində On ikinci İmamın(ə.f) mövludu münasibətilə mərasimlər keçirilib. Mövlud münasibətilə imamın yaşı qədərində şamlar yandırılıb və məqbərə xüsusi güllərlə bəzədilib.

Nəcəf-Əşrəf şəhərində yerləşən İmam Əlinin məqbərəsində və Məşhəddə İmam Rzanın məqbərəsi rəngarəng mövlud mərasimlərin şahidi olub.

Eləcə də İranın Qum şəhərində On ikinci imamın adına inşa edilmiş Cəmkəran məscidi mövlud tədbirlərinin və mənəvi mərasimlərin şahidi olub.

Bu tədbirlər koronavirus pandemiyasına görə müəyyən məhdudiyyətlərlə keçirilib.

 

 

 

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10982.html