22 Mart, 2021
Moskvada türk şair və mütəfəkkiri Yunus Əmrənin heykəlinin ucaldılacaq

Moskva Dövlət Dumasının mədəniyyət və kütləvi kommunikasiyalar komissiyası Rusiya paytaxtında türk şair və mütəfəkkiri Yunus Əmrənin heykəlinin ucaldılması təklifini müzakirə edib.

Ahlibeyt.az-ın məlumatına görə, bu barədə komissiyanın sədri Yevgeni Gerasimov məlumat verib. Onun sözlərinə görə, komissiyanın üzvləri səs çoxluğu ilə türk şair və mütəfəkkirinin heykəlinin ucaldılmasını dəstəkləyiblər.

Yunus Əmrənin heykəli Moskvadakı “Muzeon” İncəsənət Parkında ucaldılacaq. Eyni zamanda, Ankarada ilk kosmonavt Yuri Qaqarinin abidəsinin ucaldılacağı da gözlənilir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10975.html