
Misir prezidenti olacağına ən çox ehtimal verilən İxvanul-Muslimin namizədi Əbdülmüneym Əbdülfütuh İsraili düşmən adlandırıb. Teledebatlar zamanı o deyib: “İsrail düşməndir. İşğal etdiyi ərazilərimizdə dövlət qurub və bizim təhlükəsizliyimizə hədədir”. Associated Press məlumat verir ki, o israilin 200 nüvə başlığına malikdir, beynəlxalq hüquq normalarına məhəl qoymur, Fələstin xalqının haqqlarını pozur.
Ərəb Dövlətlərinin sabiq sədri, Mübarək dönəmində bir müddət XİN-ə başçılıq edən Əmr Musa da bunu təsdiqləmək məcburiyyətində olub: “Xalqımızın çoxu onu (İsraili – red.) düşmən sayır, əksəriyyət onunla sülhə inanmır. Bu, həqiqətdir”.