11 May, 2012
Türkiyə məktəblilərinə evlənmək icazəsi veriləcək

Türkiyənin təhsil naziri Ömər Dinçər islahatlar proqramı ilə çıxış edib. “Mk-Turkey.Ru” saytının məlumatına əsasən, Təhsil Nazirliyi hər bir məktəbdə sürücü, aşpaz, tibb bacısı və sanitarın olmasını qanuni tələb kimi təsdiqləmək istəyir. Bundan əlavə, orta təhsilini başa vurmamış şagirdlərin evlənməsinə görə məktəbdən qovulması barədə qanun da yığışdırıla bilər. Lakin, nazirliyin təklifində şagirdlərin nikahı ilə bağlı digər məsələ öz həllini tapmayıb. Beləki, ailə həyatı qurmuş gənclər məktəbə qəbul edilə bilməzlər. Bu qanunun dəyişilməsi nəzərdə tutulmur. Layihə ictimai müzakirələrə çıxarılıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1096.html