17 Mart, 2021
Əfv Məsələləri Komissiyasının sonuncu iclası başa çatıb - 1000-dən çox müraciətə baxılıb

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

Ahlibeyt.az-ın "Report"a istinadən məlumatına görə, bununla da Komissiya növbəti əfv sərəncamının imzalanması üzrə işini yekunlaşdırıb.

Bu müddətdə ümumilikdə 1000-dən çox müraciətə baxılıb.

Komissiya sənədləri ümumiləşdirərək Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.



 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10954.html