
Dövlət İmtahan Mərkəzinin(DİM) təqdim etdiyi elektron xidmətlərdən istifadə edənlərə xəbərdarlıq ünvanlayıb.
Ahlibeyt.az-ın DİM-in mətbuat xidmətinə istinadən məlumatına görə, mərkəzin informasiya sisteminin fəaliyyəti müvəqqəti dayandırılacaq.
İstifadəçilərin nəzərinə çatdırırıq ki, Dövlət İmtahan Mərkəzinə məxsus server infrastrukturunun yeni ünvana köçürülməsi ilə əlaqədar 2021-ci il 17,18,19 mart tarixlərində Mərkəzin bütün elektron xidmətlərinin və informasiya sistemlərinin, o cümlədən "Şəxsi kabinet", "Ödəmə sistemləri", “Tələbə-məzun”, “Şagird-məzun”, “Musiqi məktəbi-məzun” sistemi, "Qabiliyyət İnformasiya Sistemi (QABİS)", “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin fəaliyyətinin dayandırılması planlaşdırılır.
DİM-dən mətbuata verilən xəbərə görə, buna səbəb Mərkəzə məxsus server infrastrukturunun yeni ünvana köçürülməsidir.
Qeyd edək ki, bu müddət ərzində Mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.