17 Mart, 2021
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva növbəti dəfə Şuşa şəhərində olublar - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.

Səfərdən geniş reportaj daha sonra təqdim ediləcək.

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində paylaşım edib və Şuşa şəhərinə səfərdən görüntülər paylaşıb.

Paylaşımda deyilir:

Əziz bacılar və qardaşlar! Bu gün - Torpaq çərşənbəsi günündə biz yenidən doğma Şuşa şəhərimizi ziyarət etdik. Səfərimizin görüntülərini böyük məmnuniyyətlə sizinlə paylaşıram. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram! Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Uca Tanrı sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN

Ahlibeyt.az AZƏRTAC-a istinadən həmin görüntüləri təqdim edir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10951.html