
Bu gündən etibarən “Türk Hava Yolları” aviaşirləti vasitəsilə Türkiyəyə gələn sərnişinlərin xüsusi elektron anket doldurmaları tələb olunur.
Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətdən bildirilib.
Məlumatda qeyd edilir ki, "http://register.health.gov.tr" saytında yer alan Türkiyəyə giriş anketlərinin uçuşdan 72 saat əvvəl doldurulması tələb edilir.