
Səudiyyə Ərəbistanının Ciddə şəhərində sakinlərdən biri küçənin ortasında yoldaşını döyərək işgəncələrə məruz qoyub. Bu barədə “Shia-Online” xəbər verir. Bu cür şəriətə zidd əməlinə görə, təbii ki, kişi cəzalndırılmalı idi. Ciddə şəhər məhkəməsi isə həbs edilən həmin kişiyə qəribə cəza tətbiq edib. Beləki, o 5 Quran cüzü və 100 hədis əzbərləməli, habelədini mövzuda 3 kitab mütaliə etməlidir. Bununla onun islahına və “xanımına ehtiram edib onu vurmamasına” nail olunacağı bildirilir.