
Mayın 9-u Karaçi şəhərində Hacı Şəfqət Şirazi qətlə yetirilib. Pakistan Şiə Alimləri Şurasının üzvü olan bu alim “Sipahi-Səhabə” vəhhabi qruplaşması tərəfindən şəhadətə yetirilib.
60 yaşlı alimin cənazə namazını Şiə Alimləri Şurasının sədri Əllamə Səcid Nəqvi qılıb. Alimin nəşi “Xorasan Qusl Xana”ya aparılaraq Pakistan dövlətinin banilərindən biri – Məhəmməd Əli Cinnahın yaxınlığında dəfn edilib.
Şiə təşkilatları terroru pisləyərək hökumətdən bu qətliamların qarşısını almağa çağırıb.