6 Mart, 2021
Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb

Səfər çərçivəsində Diplomatik korpus nümayəndələri Füzuliyə səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanın tikintisinin gedişi ilə tanış olublar.

Ahlibeyt.az AZƏRTAc-a istinadən xəbər verir ki, diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında məlumat verib.

Hikmət Hacıyev bildirib ki, Prezident İlham Əliyevin göstərişi əsasında diplomatik korpus nümayəndələrinin Azərbaycanın azad edilmiş Füzuli, Qubadlı və Laçın rayonlarına səfəri başlayıb: “Səfirlərə, beynəlxalq təşkilat rəhbərlərinə və hərbi attaşelərə bu səfərdə bizə qoşulduqlarına görə minnətdarıq”.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10926.html