6 Mart, 2021
Roma Papası və Ayətullah Sistaninin görüşü başlayıb (VİDEO)

İraqda səfərdə olan Roma Papası Fransiskin müsəlman dünyasının tanınmış mərcəi təqlid müctəhidi Ayətullah Seyyid Əli Sistani ilə görüşü başlayıb.

Ahlibeyt.az İraq mətbuatına istinadla xəbər verir ki, Roma Papası İraqa taxrixi səfəri çərçivəsində Nəcəf şəhərinə gəldikdən sonra birbaşa Ayətullah Sistaninin görüşünə gedib.

Məlumata görə bağlı qapılar arxasında keçirilən görüş bir saat çəkib.

Müsəlman və Xristian dünyasını təmsil edən dini liderlər bu görüşdə dinlərarası münasibətlər, dinlərin dünyada sülhə təsiri, dini dözümlülük və digər məsələləri müzakirə edəcəklər.

1

1

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10925.html