
“Ərəb Dövlətləri Liqasının bəzi üzvləri öz təxribatçı addımlarını gizlətmək üçün Türkiyəyə qarşı əsassız ittihamlarını yenidən təkrarlayır və qabardırlar. Bu kimi ittihamlar və qərarlar ərəb ölkələri arasında şəffaf məsləhətləşmələr aparılmadan və yalnız fərqli dairələr tərəfindən təhkim edilib.”
Ahlibeyt.az-ın məlumatına görə, SalamNews Anadolu.Arabic-ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat verib.
Türkiyə XİN cari həftənin çərşənbə günü Qahirədə Ərəb Dövlətləri Liqasının xarici işlər nazirlərinin 155-ci şurasında verilən bəyanatı pisləyib və burada səsləndirilən ittihamları əsassız hesab edib.
Türkiyə XİN bildirib ki, bu ittihamlar bəzi ərəb dövlətlərinin öz təxribatlarını gizlətmək üçün ortaya atdığı iddialardır.
Qeyd edək ki, ƏDL-in bu toplantısında Türkiyədən tələb edilib ki, Liviya, Suriya və İraqdakı qüvvələrini çıxarsın.