3 Mart, 2021
İraqda ABŞ qüvvələrinin yerləşdiyi bazaya raket zərbələri endirilib

İraqın qərbində ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin yerləşdiyi hərbi bazaya 10 raket atılıb.

Ahlibeyt.az-ın məlumatına görə, APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə əsasən, bu barədə koalisiyanın mətbuat katibi, polkovnik Vayne Marotto bildirib.

Raketlər səhər saatlarında Ənbar vilayətindəki “Ain əl-Əsəd” aviabazasına düşüb. İtkilərin olub-olmadığı hələlik məlum deyil.

Bu, ABŞ-ın ötən həftə İraq-Suriya sərhədi boyunca İrana bağlı hədəfləri vurmasından sonra ilk hücumdur.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10918.html