2 Mart, 2021
Almaniyanın orta məktəblərində İslam dini tədris ediləcək

Almaniyanın Bayren əyalətinin 350 orta təhsil məktəbində İslam dini fənni şagirdlərinin iştirakının könüllü, sərbəst və ixtiyari olması şərti ilə tədris ediləcək.

Ahlibeyt.az-ın İQNA-ya istinadən məlumatına görə, Almaniyanın ən böyük əyalətlərindən biri olan Bayren əyalətinin yerli hakimiyyəti İslam dini dərsinin tədris edilməsinin lazımlı olduğunu vurğulayıb.

İslam dini məktəbdə adi fənlərdən biri kimi tədris ediləcək. Bu dərsdə şagirdlər dini məsələlər və əxlaqi dəyərlər öyrənəcəklər.

Qeyd edək ki, Almaniyanın Bayren (Bavariya) əyalətində bir çox qanunların qəbulu (həmçinin İslam dininin tədrisi zəruriliyi layihəsi) yerli hakimiyyət orqanları ixtiyarındadır.

 

1

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10909.html