26 Fevral, 2021
Kamran İmanov: “Xudavəng monastrı ermənilərə məxsus deyil”

"Xudavəng monastrı ermənilərə məxsus deyil".

Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əqli Mülkiyyət Agentliyinin İdarə heyətinin sədri Kamran İmanov deyib.

O bildirib ki, bu barədə Agentlik tərəfindən xüsusi axtarış və tədqiqatlar aparılır: "Onun tikildiyi ərazi, monastır kompleksi barədə qədim mənbələrdə məlumatlar var. Bunlar qədim mənbələrdə "svordik" kimi  göstərilən suvarların ərazilərində tikilib. Qədim yazılı abidələri götürsək, bunun kimə məxsus olduğunu görəcəyik. Biz hər il beynəlxalq konfranslar təşkil edir, abidələrin bizə məxsus olduğunu beynəlxalq aləmin nəzərinə çatdırır, bu məsələləri işıqlandırırıq".

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10901.html