22 Fevral, 2021
İran Azərbaycanla Ermənistanın danışıqlarına kömək etməyə hazırdır - Həsən Ruhani

Həsən Ruhani ölkəsinin, Azərbaycanla Ermənistan arasında Qarabağ böhranının həllinə, atəşkəsin davamiyyətinə, ixtilafların danışılqar yolu ilə həll edilməsinə dəstək verməyə və bu istiqamətdə kömək etməyə hazır olduğunu bildirib.

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğanla telefon danışığında deyib.

Həsən Ruhani Qarabağda atəşkəsin bərqərar edilməsi məsələsinə toxunub və bildirib ki, İran, bundan sonra atəşkəsin davamiyyəti üçün, ixtilafların danışıqlar yolu ilə həlli üçün dəstək verməyə hazırdır.

O həmçinin bölgədə İranın, Azərbaycanın, Ermənistanın, Türkiyə və Rusiyanın qatılacağı altı tərəfli müştərək əməkdaşlıq formatını alqışladığını bildirib və deyib ki, bu format hamıya xeyir gətirə bilər.

Qeyd edək ki, Həsən Ruhani və president Rəcəb Təyyib Ərdoğan bu telefon təmasında qarşılıqlı əlaqələri və bir sıra beynəlxalq məsələləri müzakirə ediblər. İki prezident söhbətinin əsas hissəsini ABŞ-ın BMT qanunlarından kənar tətbiq etdiyi sanksiyalara həsr ediblər.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10889.html