17 Fevral, 2021
Rusiyada terror aktları törətməyi planlaşdıran 19 təkfirçi qruplaşma üzvü həbs edilib

Şimali Qafqaz regionunda diversiya və terror aktları törətməyi planlaşdıran 19 islamçı ekstremist saxlanılıb.

Ahlibeyt.az-ın xəbərinə görə, APA-nın Moskva müxbirinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən verdiyi məlumata əsasən, Rusiyada qadağan olunmuş “ət-Təkfir val-Hicrə” təşkilatının regionlararası ekstremist fəaliyyətinin qarşısı alınıb.

Bildirilib ki, fevral ayında Qaraçay-Çərkəz Respublikasında, Krımda, Krasnodar dairəsində və Rostov vilayətində 19 nəfər saxlanılıb, onlar təkfirçilik ideologiyasının təbliğatından əlavə, Şimali Qafqaz ərazisində diversiya və terror aktları törətməyi planlaşdırıblar.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. Saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10882.html