17 Fevral, 2021
ABŞ Yəmən husilərini “terror siyahısı”ndan rəsmi şəkildə çıxardığını elan edib

ABŞ bir ay öncə,Tramp hökuməti zamanı verdiyi tələsik qərarı dəyişib.

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews BBC-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Xəzinədarlıq Departamenti bəyanat verib.

Bildirilib ki, ABŞ Yəmənin “Ənsarulla” hərəkatını 16 fevraldan etibarən rəsmi şəkildə “terror siyahısı”ndan çıxarıb.

Əlavə edilib ki, husilərin adı qeyd edilən liderləri istisna olmaqla, onlarla alqı-satqı və digər müamilələri həyata keçirmək olar.

Qeyd edək ki, yeni ABŞ hökuməti verdiyi ilk qərarlardan birində Səudiyyə Ərəbistanın hərbi koalisiyasına Yəmən müharibəsində verdiyi dəstəyi dayandırdığını bildirib.

Xatırladaq ki, Donald Tramp hökuməti getməmişdən bir həftə öncə Səudiyyə Ərəbistanını razı salmaq üçün husiləri “terror siyahısı”na əlavə etmişdi.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10880.html