
Bəhreynin güc strukturları rezin güllə və gözyaşardıcı qazdan istifadə edərək etiraz aksiyalarını dağıtmağa çalışıb. Bundan əlavə iki kəndin evlərində axtarış əməliyyatı aparılıb. Bu barədə Press TV məlumat verir.
Xatırladaq ki, Xəlifə sülaləsinin başçılıq etdiyi mütləqiyyət rejiminə qarşı aksiyalar dinc xaratker daşıyıb. Əhali kralın apardığı islahatların əhəmiyyətsiz hesab edir. Beləki, rejimin daha da demokratikləşməsinə xidmət etməli olan konstitusiya dəyişiklikləri bir neçə məsələdə prosedur qaydasını dəyişib və son sözü yenə də monarxa buraxıb.