8 Fevral, 2021
İranda səfərdə olan italyan İslam dinini qəbul edib

İranda turist səfərində olan İtaliya vətəndaşı Sandro Fiore İslam dinini qəbul edərək müsəlman olub.

Ahlibeyt.az Modern.az-a istinadən xəbər verir ki, S. Fiore Hürrəməbad şəhərinin imam cüməsi Höcətulislam Əhməd Rza Şahruxa müraciət edərək İslam dinini qəbul etmək arzusunda olduğunu bildirib. O İslam dininin insanda əxlaqi keyfiyyətləri yüksəltdiyini və dünyanı daha dərindən dərk etməkdə köməklik göstərdiyini deyib.

İmam cümə S. Fioreyə İslam dininin mənəvi prinsipləri və üstünlükləri barədə geniş məlumat verib və ingilis dilinə tərcümə edilmiş Quran bağışlayıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10857.html