
Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsi fondu yaradılıb.
Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə AMEA-ın mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumatda qeyd olunub ki, muzey I və II Qarabağ müharibəsində şəhid olan zabit və əsgərlərimizə, eləcə də müharibə iştirakçılarına məxsus, döyüşdən qalan xatirə əşyalarını qəbul edir.