3 Fevral, 2021
Səudiyyə Ərəbistanından koronavirus pandemiyası ilə bağlı 20 ölkəyə müvəqqəti qadağa

Səudiyyə Ərəbistanı koronavirus pandemiyası səbəbindən 20 ölkədən Krallığa daxil olmağı müvəqqəti olaraq qadağan edib.

Ahlibeyt.az-ın məlumatına görə, “Qafqazinfo” bildirir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi ölkənin Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verib.

Daxili İşlər Nazirliyinin Fərmanı bu gün saat 21:00-da (Bakı vaxtı ilə saat 22:00-da) qüvvəyə minir.

Həmin ölkələr Argentina, Braziliya, Böyük Britaniya, Almaniya, Misir, Hindistan, İndoneziya, İrlandiya, İtaliya, Livan, BƏƏ, Pakistan, Portuqaliya, ABŞ, Türkiyə, Fransa, İsveç, İsveçrə, CAR və Yaponiyadır.

Qadağa, həmçinin son 14 gün ərzində bu 20 ölkənin ərazisindən keçən digər ölkə vətəndaşlarına da şamil olunur.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10850.html