27 Yanvar, 2021
Ümumdünya hicab günü online qeyd olunacaq

COVİD -19 pandemiyası ilə əlaqədar olaraq bir çox tədbirlər kimi Ümumdünya hicab günü də online formatda qeyd olunacaq.

Ahlibeyt,az Maide.az-a istinadla xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan xanımlar #WirldHijabDay həştaqı ilə dəstək aksiyası keçirəcək.

Belə ki, Facebook və YouTube LIVE üzərindən @WorldHijabDay kanalları vasitəsiyə fevral ayının 1-də saat 08:00-dan 21:15-dək online müzakirələr aparılacaq.

Müzakirələrə 140 ölkədən müsəlman qadınlar qoşulacaq.

Qeyd edək ki, Hicab gününün qeyd olunması ilə bağlı fikrin müəllifi qeyri-müsəlman rəfiqələrinə hicab örtərək qadın gözəlliklərini yad gözlərdən qorumağı təklif edən Nyu-York sakini Nazma Xandır.

Nazmanın bu ideyası bütün dünyadan dəstək alıb. Onun qrupunun hazırladığı maarifləndirici broşürlər 22 dilə tərcümə olunub. Bununla bağlı rəsmi internet səhifəsi də açılıb: www.worldhijabday.com

1






Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10832.html