25 Yanvar, 2021
Azərbaycanın və İranın xarici işlər nazirlərinin görüşü keçirilir

İranın Xarici İşlər naziri Cavad Zərif bu gün axşam Azərbaycana rəsmi səfərə gəlib.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında görüş keçirilir.

Ahlibeyt.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.

Qeyd edək ki, İran XİN rəhbərinin azərbaycanlı rəsmilərlə Dağlıq Qarabağdakı vəziyyət, əməkdaşlıq və  azad olunmuş ərazilərdə yenidənqurma, eləcə də təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar olacaq. Səfər çərçivəsində, həmçinin, Şimal-Cənub və Cənub-Qərb dəhlizləri ilə bağlı məsələlərə toxunulacaq.

Xatırladaq ki, Azərbaycana səfərin ardınca iranlı nazirin Rusiya, Ermənistan, Gürcüstan və yaxın günlərdə - həftə sonu Türkiyəyə də səfər edəcəyi planlaşdırılıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10827.html