
Azərbaycanın ötən il ən çox məhsul idxal etdiyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr sırasında ilk üçlükdə Türkiyə, İran və Qazaxıstan qərarlaşıb.
Ahlibeyt.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, Türkiyədən idxalın dəyəri 1 milyard 563 milyon ABŞ dolları, İrandan 300 milyon 615 min, Qazaxıstandan isə 116 milyon 107 min dollar təşkil edib.
Azərbaycan 2019-cu ilə nisbətən hər üç ölkədən idxalı azaldıb.