25 Yanvar, 2021
Azərbaycanda şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub

Bu gündən ölkədə şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub.

Ahlibeyt.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub.

Bununla belə, xüsusi karantin rejiminin müddətində - 2021-ci il aprelin 1-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qərarı qüvvədə qalır.

Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində muzey və sərgi zallarının fəaliyyəti də bərpa olunub.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10825.html