16 Yanvar, 2021
Fələstində son 15 ildə ilk dəfə ümumseçkilər keçiriləcək

Fələstin Prezidenti Mahmud Abbas son 15 ildə ilk dəfə olaraq ümumseçkilərin keçirilməsinə dair fərman imzalayıb.

Ahlibeyt.az APA-ya istinadən xəbər verir ki, bu barədə “WAFA” agentliyi məlumat yayıb.

“Fərmana əsasən, qanunverici məclisə seçkilər 22 may 2021-ci il tarixdə, prezident seçkiləri isə 31 iyul 2021-ci il tarixdə keçiriləcək”, - deyə agentlik yazıb.

Fələstin Qanunvericilik Məclisinə seçkilərin nəticələri əsasında 120 yerlik parlament yaradılacaq. Səsvermə həm İordan çayının qərb sahilində, həm də Qəzza zolağında keçiriləcək.

Qanunvericilik Məclisinin üzvləri, həmçinin 31 avqust 2021-ci il tarixdə bitməli olan Fələstin Milli Şurasının üzvü olacaqlar.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10802.html