
BMT növbəti dəfə ABŞ hökumətinin Yəmənin “Ənsarullah” hərəkatı barədə planlaşdırdığı addım haqda xəbərdarlıq edib.
Ahlibeyt.az-ın məlumatına görə, SalamNews Reuters-ə istinadla xəbər verir ki, bu barədə BMT baş katibinin köməkçisi Mark Loukok xəbərdarlıq edib.
BMT rəsmisi, ABŞ-ın bu mümkün addımının Yəməndə münaqişənin və qarşıdurmanın siyasi həllinə əngəl olacağını bildirib.
Məlumata görə, Mark Loukok bu barədə BMT Təhlükəsizlik Şurasının bu gün keçiriləcək toplantısında çıxış edəcək.
Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo Yəmənin əksər əyalətlərini nəzarətdə saxlayan Yəmənin “Ənsarullah” hərəkatını terror təşkilatı elan etməyi planlaşdırdıqlarını açıqlayıb.