
Liviyanın dini lideri Şeyx Mahmud ibn Musa bəyan edib ki, Əhli-Beyti (ə) sevmək və ona itaət etmək sünnü etiqadının əsas prinsiplərindəndir. Paytaxt Tripolidə Cümə xatbəsi oxuyan Şeyx Mahmud bəyan edib ki, o İranın Gülüstan vilayətinin Gondabe-Qabus şəhərində sünnü və şiə icmalarının nümayəndələri ilə görüş keçirib.
O bildirib ki, sünnülər də, şiələr kimi Həzrət Əlidən (ə) başlayaraq dünyanın xilaskarı İmam Məhdiyə (ə) kimi bütün imamları sevirlər. o bildirib ki, hədislərə əsasən, Peyğəmbər (ə) Əhlibeyti (ə) ilə səhabələrin münasibəti yaxşı olub. İmam-cümənin sözlərinə görə, İmam Əli (ə) ilə şeyxeyn (Əbu Bəkr və Ömər) arasında ixtilaf olmayıb. Şeyx Mahmud deyib: “Əhli-Beytə olan məhəbbət və rəfaqət yalnız İslam düçmənlərinin inkarı ilə əldə oluna bilər”.
İmam-cümə şiə-sünnü vəhdətinin əhəmiyyətini vurğulayıb.