13 Yanvar, 2021
Zəfər Günü qeyri-iş günü olacaq

Zəfər Günü iş günü hesab olunmayan bayram günü olacaq.

Ahlibeyt.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qanunun qəbulu Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.

Hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd olunacaq.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10786.html