7 Yanvar, 2021
Pakistan “Cənnət xanımı” filminin göstərilməsini qadağan etdi

Pakistan rəsmiləri İngiltərədə müsəlmanların arasında təfriqə və fitnə yaymaq üçün çəkilmiş "Cənnət Xanımı" filminin bu ölkədə yayımlanmasını qadağan etdi.

Ahlibeyt.az-ın xəbərinə görə, Pakistan Telekomunikasiya Agentliyi(PTA) Facebook, Youtube, Twitter, İnstagram da daxil olmaqla bütün sosial şəbəkə sahiblərindən bu filmin bloklanmasını tələb ediblər.

Pakistan dövləti bildirib ki, İngiltərədə hazırlanan "Cənnət xanımı" adlı film İslam ümməti və müsəlmanlar arasında fintəni alovlandıran məzmuna malikdir.

Qeyd edək ki, Al-Alamın verdiyi məlumata görə, Pakistan rəsmiləri qərardan əvvəl İranlı həmkarları  ilə də məsləhətləşmələr aparıblar.

Xatırladaq ki, bir sıra İslami təşkilatlar və dini elmi hövzələrin alimləri orqanları, həmçinin mərceyi təqlid müctəhidləri bu bölücü filmin istehsalını İslam dininə zidd bir hərəkət kimi qəbul etmiş və zamanın tələblərinə riayət etməyin vacibliyi vurğulanmışdır.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10778.html