6 Yanvar, 2021
Körfəz ərəb dövlətləri birliyinin 41-ci toplantısı keçirilib

Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrın 41-ci toplantısı bu gün Səudiyyə Ərəbistanın əl-Ula şəhərində keçirilib.

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a istinadla xəbər verir ki, bu gün əl-Ula şəhərində KƏŞ-in 41-ci toplantısı keçirilib.

KƏŞ-in bu toplantısına son 4 ildə ilk dəfə olaraq Qətərin əmiri Təmim bin Həmd Ali-Sani də qatılıb.

Toplantının bəyanatında Qətərlə olan gərgin əlaqələrin normallaşdırılması, körfəz ərəb dövlətlərində sabitliyi təmin edən addımların atılması alqışlanıb və eyni zamanda İranın nüvə proqramının “təhlükə” doğurduğu qeyd edilib.

Qeyd edək ki, KƏŞ-ə üzv olan Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ 2017-ci ildə qonşu dövlət Qətəri terroru dəstəkləməkdə ittihamlandıraraq, bu ölkə ilə bütün əlaqələri dayndırmış və onu iqtisadi baxımdan blokadaya salmışdılar. Bu gün ilk dəfə olaraq tərəflər sərhədlərin açıldığını elan ediblər.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10776.html