
Milli Məclis Əfqanıstanın Kabil şəhərində Azərbaycan səfirliyinin təsis edilməsi ilə qanun layihəsini təsdiqləyib.
Ahlibeyt.az xəbər verir ki, Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.
Gündəliyə “Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi əlavə olunub.
Parlamentin dekabrın 30-da keçirilən iclasında “Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi bir oxunuşda qəbul edilib.