5 May, 2012
Sələfilər “İxvanul-muslimin”in namizədinə səs verəcəklər

Misirin sələfi qruplarından biri “İxvanul-muslimin” hərəkatından olan prezidentliyə namizədə səs vercəklərini bəyan edib. Xatırladaq ki, bu namizəd Məhəmməd Mərsidir. Misir KİV-nin verdiyi məlumata əsasən, sələfilərə məxsus “Dəvətəs-Sələfiyyə” qrupu ilə “Nur” partiyası islamçı namizəd Əbdül-Münam Əbdülfəttuha səs verəcəklərini elan etdikdən sonra, üçüncü sələfi qrupu klassik sünnülüyün təmsilçisi  - “İxvanul-muslimin” namizədinə səs verəcəyini bildirib. “Sələfi cəbhəsi” adlı bu qrupun bəyanatında bildirilir ki, Məhəmməd Mərsinin irəli sürdüyü “Nəhdə” (Dirçəliş) layihəsi Misirə rifah və xeyir vəd edir. “Sələfi cəbhəsi”nin bəyanatına əsasən, “İxvanul-muslimin” təçkilatı ölkə iqtisadiyyatını bərpa etmək üçün kifayət qədər mütəxəssis ştatına və rıçaqlara malikdir. Cəbhə habelə “İxvanul-muslimin”ə qarşı aparılan sələfi təbliğatını islamçılar arasında fitnə və ixtilaf salmaq cəhdi kimi dəyərləndirib. Bunun nəticəsində isə, prezident olaraq köhnə rejimin adamları seçiləcək.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1076.html