30 Dekabr, 2020
Çavuşoğlu: Türkiyə, Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçirilək

Gələn il Türkiyə, Azərbaycan və Pakistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Ahlibeyt.az-ın Türk mediasına istinadən xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair çıxışında bildirib.

Onun sözlərinə görə, görüş Pakistanda baş tutacaq və dəqiq tarixi müəyyənləşdirilməkdədir.

M.Çavuşoğlu çıxışı zamanı bildirib ki, 2020-ci ilin ən önəmli məsələsi Dağlıq Qarabağ olub -Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 30 illik diplomatik dialoqlar bir nəticə vermədi, Azərbaycan hərb yolu ilə qanuni haqqını təmin etdi.

Türkiyəli nazir qeyd edib ki, Naxçıvan dəhlizinin açılması, köçkünlərin geri dönməsi də nəzarətdədir.

M. Çavuşoğlu Dağlıq Qarabağla bağlı Rusiya ilə sıx təmasda olacaqlarını da vurğulayıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10759.html