
“Qolos İslama” ABNA-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Şərqiyyə əyalətinin Əvamiyyə qəsəbəsində nümayiş təşkil edən gənclər polis tərəfindən döyülüb.
2011-ci il 11 fevral tarixində Qətif vilayətində baş verən mitinqlərdən sonra hökumət yollarda blokpostlar qoyub və təhlükəsizlik qüvvələrinin böyük hissəsini bu ərazilərdə yerləşdirib.
Qeyd edək ki, ölkənin şərq əyalətləri son ildə anti-rejim nümayişləri ocağına çevrilib. Bunun səbəbləri kimi əyalətlərdə hökm sürən işsizlik, korrupsiya, neft gəlirinin kral sülaləsi tərəfindən ənimsəməsi göstərilir.