
Son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusunun nüfuzuna xələl gətirən və Vətən müharibəsində əldə etdiyimiz zəfərə kölgə salan video kadrlar ayılır və onlara məqsədyönlü şəkildə müxtəlif qərəzli şərhlər yazılır.
Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələbləri pozularaq Ordumuz barəsində məlumatlar yayılır, qeyri-obyektiv xəbərlərlə isə hərbi qulluqçularımızın nüfuzuna xələl gətirilir.