15 Dekabr, 2020
MN Vətən müharibəsində şəhid olmuş hərbçilərlə bağlı yeni məlumat yayıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, dekabrın 15-dək 2756 şəhidimiz dəfn edilib.

Ahlibeyt.az-ın Müdafiə Nazirliyi(MN) mətbuat xidmətinə istinadən məlumatına görə, dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat təqdim olunur - Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı(fotoşəkilləri)

“İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!”, - deyə bildirilib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10733.html