2 May, 2012
Fransada müsəlman qəbirstanlığı təhqir edildi

Ötən həftənin sonlarında Fransanın cənub-şərqində vandallar müsəlman əsgərlərin qəbirlərinə həqarət ediblər. Qərbi Avropada müsəlmanların sayına görə lider məhz Fransadır – 5 milyon müsəlman.

Son prezident seçkilərində fransızların anti-müsəlman ruhiyyəsi üzə çıxdı, hətta namizədlər İslam əleyhinə etdiyi kinayəli çıxışları ilə səs toplaya bildilər. Buna baxmayaraq Sarkozi baş verənləri Fransa tarixinə hörmətsizlik kimi dəyərləndirib.

Həmin qəbirlər ikinci dünya müharibəsi zamanı Fransa təfərində almanlara qarşı vuruşan əlcəzairli əsgərlərə məxsusdur.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1073.html