
Belçikada azan vaxtı ilə bağlı mübahisələrə son qoyuldu və müsəlman icmaları vahid təqvimə riayət etmək barədə razılığa gəliblər. Həmin vahid təqvim Məkkədə yerləşən Ümumdünya Müsəlman Liqası Şurası tərəfində hazırlanıb. Təqvimin hazırlanmasında fəqif və astronomlar iştirak ediblər. “İslam.ru” xəbər verir ki, bununla da müsəlmanlar arasında mübahisələr son qoyuldu. Mübahisələr əsasən müqəddəs ramazan ayında imsak və iftar vaxtı ilə bağlı qabarırdı.