
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Vətən müharibəsində qazandığı zəfər münasibətilə bu gün Bakıda keçiriləcək Qələbə paradı ilə bağlı paylaşım edib.
“Bakıdakı hərbi paradda iştirak edən qəhrəman Ordularımızın əsgərlərini qürurla salamlayırıq. 2 783 şəhidimizə Allahdan rəhmət diləyirik”, - deyə paylaşımda qeyd olunub.
Paradla bağlı hazırlanan videoçarx nazirliyin tvitter səhifəsində yerləşdirilib.