9 Dekabr, 2020
Türkiyə Azərbaycana yeni səfir təyin edib

Türkiyənin Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Ahlibeyt.az Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı Ahmet Demirok əvəz edəcək.

Verilən məlumatlara görə, 50 yaşlı diplomat Ahmet Demirok bundan əvvəl 2013-2017-ci ilərdə Türkiyənin Qətərdə səfiri vəzifəsində çalışıb. 2017-ci il tarixindən Dövlət Qulluqçuları Etik Şurasının üzvü təyin edilmişdir.

Xatırladaq ki, 2016-cı ilin oktyabrından Bakıda çalışan Türkiyənin hazırkı səfiri Erkan Özoralın Azərbaycandakı diplomatik fəaliyyət müddəti başa çatıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10705.html