1 Dekabr, 2020
Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib

Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib.

Ahlibeyt.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında" qanunu təsdiqləyib.

“Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Prezidentinin öz təşəbbüsü ilə və ya Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti  tərəfindən  irəli sürülmüş vəsatətlərə əsasən veriləcək. Bu Prezident İlham Əliyevin imzaladığı  “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli Qanununun tətbiqi barədə” fərmanda əksini tapıb.

“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında Azərbaycan Prezidentinin aktı təqdim ediləcək.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10668.html