
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Qarabağın incisi Şuşa” adlı elektron məlumat bazası hazırlanıb.
Ahlibeyt.az-ın xəbərinə görə, Milli Kitabxanadan mətbuata verilən açıqlanmaya görə, elektron məlumat bazası “Tarixi”, “Görkəmli şəxsiyyətləri”, “Mədəni irsi”, “Qarabağın incisi – Şuşa”, “Kitablar”, “Məqalələr”, “Azərbaycan Milli Kitabxanasının nəşrləri”, “Videoqalereya” bölmələrindən ibarətdir.
Elektron məlumat bazasında Qarabağın tarixi, Şuşa şəhəri və onun inzibati quruluşu, mədəniyyət abidələri haqqında kitablar, məqalələr, fotolar, videolar və digər sənədlər təqdim olunur. Elektron məlumat bazasında yerləşdirilən materiallar tam mətni ilə təqdim olunub.