
“İranlı nüvə aliminin bu gün Tehran yaxınlığında öldürüldüyünə dair xəbərlər aldıq. BMT bölgədəki vəziyyətin gərginləşməsinə səbəb ola biləcək addımların qarşısını almaq üçün təmkinli olmağa çağırır”.
Ahlibeyt.az Tass-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak nüvə fiziki M.Fəxrizadənin qətli ilə bağlı vəziyyəti şərh edərkən deyib.
Qeyd edək ki, noyabrın 27-də İranın tanınmış nüvə alimi Mohsen Fəxrizadənin avtomobili terrorçuların hücumuna məruz qalıb. M.Fəxrizadə İranın Müdafiə Nazirliyi Tədqiqat və innovasiya təşkilatının rəhbəri vəzifəsində çalışmışdır.