
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralla görüşüb.
Ahlibeyt.az-ın Azvision.az-a istinadən xəbər verir ki, bu barədə səfir Musəvi “Twitter” hesabında paylaşım edib.
“Bu gün dostum və qardaşım Türkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özoralla görüşdüm. Səmimi və məhsuladar görüşümüz oldu. Biz ikitərəfli əlaqələrimizi, həmçinin Azərbaycanla münasibətlər və Qarabağdakı son inkişaflar barədə fikir mübadiləsi apardıq”, - deyə iranlı diplomat yazıb.