1 May, 2012
Nobel mükafatçısı Türkiyə parlamentini tənqid etdi

Nobvel mükafatı laureatı, yəmənli siyasi fəal, xanım Təvəkkül Karman bildirib ki, Türkiyə parlamenti hicablı müsəlman xanımların hüquqlarına hörmət etməli və onları Parlament binasına buraxmalıdır. Bu çıxışları xanım Karman Ankara səfəri zamanı edib. Məlumatı Press TV yayıb.

Parlament binasına hicabla girməyə tətbiq edilən yasaqla bağlı suala yəmənli xanım belə cavab verib: “Düşünürəm ki, qadın siyasi həyatın bütün sahələrində iştirak etməli, ictimai həyatı tənzimləyən bütün müəssisələrdə təmsil olunmalıdır. İstər bu xanım öz dinini aşkar ifadə etməsin, istərsə də hicabgeyinsin. Bu azadlıqdır.”

Xatırladaq ki, 2011-ci ildə Təvəkkül Karman Liberiya prezidenti Ellen Conson Sörlif və liberiyalı fəal Leyma Qbovi ilə birlikdə Nobel Sülh mükafatı almışdı. O, Yəməndə qadın hüquqlarının müdadiəçisidir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1065.html