
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.
Ahlibeyt.az-ın məlumatına görə, Prezident İlham Əliyev və xanım Mehriban Əliyeva Ağdam Cümə məscidinə gələrək ziyarət ediblər və məscidə Qurani-Kərim hədiyyə ediblər.
Səfərdən geniş hesabat Prezidentin mətbuat xidməti tərəfindən noyabrın 24-də təqdim olunacaq.